Bayden və Putinin görüşü ilə bağlı Kremldən açıqlama


20:14     25 Aprel 2021 21_04_25_1619367322.jpg


“Rusiya Prezidenti Vladimir Putinlə amerikalı həmkarı Co Baydenin görüşü iyunda keçirilə bilər”.

Bunu Rusiya prezidentinin köməkçisi Yuri Uşakov “Rossiya 1” kanalına müsahibəsində deyib.

“İyun deyilir, hətta müəyyən tarixlər də var”, - deyə Uşakov bildirib. Bununla belə o, dəqiq tarixi söyləməkdən imtina edib.

Xatırladaq ki, aprelin ortasında Bayden Putinlə telefon danışığı zamanı üçüncü ölkədə görüşməyi təklif edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1078