İraqda Türkiyə Ordusunun əsgəri şəhid olub


09:27     26 Aprel 2021 21_04_26_1619411313.jpg

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında apardığı “Pəncə-Şimşək” əməliyyatı zamanı bir türk əsgəri şəhid olub.

Femida.az “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, əməliyyat bölgəsində terrorçuların əvvəlcədən yerləşdirdiyi mina partlayıb.

Türkiyənin müdafiə naziri Hulusi Akar şəhid ailə üzvlərinə, yaxınlarına başsağlığı verib.

Açar sözlər:

Oxunub: 830