Maşın oğurlayan keçmiş məhkum tutuldu


18:01     26 Aprel 2021 1357215660_ogru-copy-copy.jpg

Sabunçu rayonunda oğurluq hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edən B.Əhmədov aprelin 24-də Ramana qəsəbəsi ərazisindən “Daewoo” markalı avtomobilinin qaçırıldığını bildirib.

Nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Ucar rayon sakini, əvvəllər məhkum olunmuş E.Zeyniyev polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobillə birlikdə saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 331