Nazir Serbiyanın yeni səfirinin etimadnaməsini qəbul edib
18:52 26 Aprel 2021
Bu gün xarici işlər naziri Ceyhun Bayramov Serbiya Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Draqan Vladisavlieviçi qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Femida.az-a verilən xəbərə görə, nazir Ceyhun Bayramov səfir Draqan Vladisavlieviçin etimadnaməsinin surətini qəbul edib və səfiri təyinatı münasibətilə təbrik edib.
Ölkələrimiz arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərini məmnunluqla qeyd edən nazir, Serbiyanın ölkəmizə yeni səfirinin təyin edilməsinin ölkələrimiz arasında münasibətlərin daha da inkişafına müsbət təsir göstərəcəyini bildirib. Dövlətlərarası münasibətlərdə Azərbaycan və Serbiyanın beynəlxalq hüququn prinsiplərinə, xüsusilə də dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsipinə birmənalı dəstək verdikləri vurğulanıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın hazırda tarixi mərhələni yaşadığını qeyd edərək, Serbiya səfirinə 44 günlük müharibədən sonra bölgədə mövcud olan cari vəziyyətlə bağlı məlumat təqdim edib.
Səfir Draqan Vladisavlieviç qəbula görə nazir Ceyhun Bayramova təşəkkür edib. O, Serbiyanın xarici işlər naziri Nikola Selakoviçin səmimi salamlarını nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Serbiya ilə Azərbaycanın oxşar problemlərlə üzləşdiyini qeyd edən səfir dövlət suverenliyinin qorunub saxlanılmasına dəstəyin önəmli olduğunu bildirib və Serbiyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstək verdiyini vurğulayıb.
Görüşdə tərəflər, dövlətlərimiz arasında strateji münasibətlərin daha da inkişaf etdirilməsi üzrə müvafiq addımların atılması, o cümlədən qarşılıqlı səfər mübadiləsinin həyata keçirilməsi, Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasının keçirilməsi, ticarət mübadiləsinin artırılması, habelə digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi üzrə fikir mübadiləsi aparıblar.
Nazir Ceyhun Bayramov, öz növbəsində serbiyalı həmkarına səmimi salamlarını çatdırıb və səfir Draqan Vladisavlieviçə fəaliyyətində uğurlar arzu edib.
Oxunub: 442
Oxşar xəbərlər
- Nazir Cavid Məmmədovu bu rayona rəis təyin etdi
- Nazirlik ölkədən çıxışına qadağa qoyulan teatr direktoru ilə bağlı araşdırma aparır
- Nazirlik “Buta” klinikasının fəaliyyətini dayandırıb
- Nazirlik bəstəkar-müğənninin bağ evində aşkarlanan ayı balası ilə bağlı məlumat yayıb
- Nazir regional təhsil idarələrinə yeni rəhbərlər təyin edib
- Nazir məktəbli çantalarının ağır olması ilə bağlı narazılıqlara münasibət bildirib
- Nazir Vətən Müharibəsi Qəhrəmanını hərbi hissə komandiri təyin edib
- Nazirlik rayon təhsil şöbələrinin gələcək fəaliyyətinə aydınlıq gətirib
- Nazirlər kabinetinin qərarı qüvvəyə mindi: Bu məhsullar bahalaşacaq
- Nazir Kəmaləddin Heydərov partlayış baş vermiş obyektə gəlib