Xocavəndə qanunsuz gedənlər həbs edildi


19:45     26 Aprel 2021 2021/04/xocav-1619451386_1619451971.jpg

Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşları rayonun işğaldan azad edilmiş, lakin minalardan tam təmizlənməmiş ərazilərinə icazəsiz keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində tədbirləri davam etdirirlər.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Femida.az-a verilən məlumata görə, Xocavənd Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbirlər zamanı rayon ərazisinə qanunsuz daxil olan dörd nəfər saxlanılıb.

Araşdırmalarla onların Beyləqan rayon sakinləri Turqut Əsədov, Fərid Məmmədzadə, Əli Məmişov və Rusiya Federasiyasının sakini Muxamed Abdullayev olduğu müəyyənləşdirilib.

Həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib və 10 sutka inzibati qaydada həbs edilib.

Açar sözlər:

Oxunub: 521