Xırdalanda 51 yaşlı qadına qonşusu küt alətlə xəsarət yetirdi


09:15     27 Aprel 2021 Tecili%20yardim%20xestexana%20190412.jpg

Abşeronda bir nəfərin xəsarət alması ilə nəticələnən insident baş verib.

Femida.az xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü İslamova Təyyarə Əkbər qızının baş nahiyəsinə qonşusu tərəfindən küt alətlə zərbə endirilib.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona təpə nahiyəsinin əzilmiş yarası və qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 854