10 yaşlı Nərminin qətli ilə bağlı YENİ XƏBƏR
14:56 27 Aprel 2021
Tovuz rayonu Dondar Quşçu kənd sakini azyaşlı Nərmin Quliyevanın qəsdən öldürülməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə istintaqı aparılan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.
Tovuz rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, xəbər verildiyi kimi, həmin cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib, ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan ittiham elan olunub.
26 aprel 2021-ci il tarixdə cinayət işi aidiyyəti üzrə baxılması üçün Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərilib.
Femida.az
Oxunub: 1641
Oxşar xəbərlər
- 102 tələbəyə Prezident təqaüdü verildi - Sərəncam
- 107 kq narkotikin ölkədən çıxarılmasının qarşısı alınıb
- 10 noyabrdan sonra 22 nəfər mina partlamasında ölüb
- 100 minə yaxın azərbaycanlının “Facebook”da şəxsi məlumatları oğurlanıb
- 102 nəfər prokurorluq orqanlarına işə qəbul imtahanından keçdi - SİYAHI
- 103 illik soyqırımı tarixinin qorunduğu yer - FOTOLAR
- 1000 ədəd qida əlavəsi yararsız çıxdı
- 100-dən çox ermənini məhv edən kəşfiyyat komandiri
- 100-dən çox taksi, 80-ə yaxın avtobus sürücüsü cərimələnib
- 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun şikayəti təmin edilməyib