İtkin düşən daha bir hərbi qulluqçumuzun nəşi tapılıb
17:05 27 Aprel 2021
Ermənistan silahlı qüvvələrinin və Dağlıq Qarabağda fəaliyyət göstərmiş qanunsuz erməni silahlı birləşmələrinin ölkəmizə qarşı növbəti hərbi təxribatlarının qarşısının alınması, respublikamızın ərazi bütövlüyünün təmin edilməsi məqsədilə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci il sentyabrın 27-dən əks-hücum əməliyyatlarına başlanıb və Vətən müharibəsi 2020-ci il noyabrın 10-da düşmənin tam kapitulyasiyası, Azərbaycanın hərbi-siyasi tarixi qələbəsi ilə nəticələnib.
Respublika Hərbi Prokurorluğundan Femida.az-a bildirilib ki, 2020-ci il noyabrın 10-da üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası Silahlı Qüvvələrinin itkin düşmüş hərbi qulluqçularının tapılaraq doğmalarına təhvil verilməsi istiqamətində intensiv əməliyyat-istintaq hərəkətləri həyata keçirilib.
Həmin xüsusat Azərbaycan Respublikası Baş Prokurorluğunun və Respublika Hərbi Prokurorluğunun rəhbərliyi tərəfindən nəzarətə götürülüb, Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının iştirakı ilə Silahlı Qüvvələrin hərbi qulluqçularından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.
Hərbi prokurorluq orqanlarının əməkdaşları tərəfindən şahidlərin dindirilməsi, ifadələrinin yerində yoxlanılması, mobil telefon nömrələrinin anten məlumatlarının götürülməsi və digər təxirəsalınmaz zəruri istintaq hərəkətlərinin icrası yolu ilə itkin düşmüş hərbi qulluqçuların meyitlərinin olduğu ərazilər, o cümlədən basdırıldığı yerlər müəyyən edilərək, onların nəşi müvafiq qaydada götürülməklə müayinə olunub, çoxsaylı ekspertizalar, zərurət olduqda məhkəmə-genetik ekspertizası keçirilməklə, həlak olmuş şəxslərin şəxsiyyətinin müəyyən olunaraq ailələrinə təhvil verilməsi təmin edilib.
Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bundan əvvəl verilən məlumata əlavə olaraq bildirilib ki, birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirlərinin nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun - əsgər Mustafayev Elvin Fuad oğlu və əsgər Musayev Ələkbər Əlövsət oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitlərinin 2021-ci il aprelin 27-də aidiyyəti üzrə verilməsi təmin olunub.
İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.
Allahdan bütün şəhidlərimizə rəhmət, doğmalarına səbir diləyirik.
Oxunub: 647
Oxşar xəbərlər
- İtkin düşdüyü bildirilən şəxsin polis tərəfindən saxlanıldığı məlum olub
- İtkin hərbçinin nəşinin tapılması faktı ilə bağlı dəqiqləşdirmələr aparılır
- İtkin düşən hərbçimizin tapılması ilə bağlı rəsmi məlumat
- İtkin düşmüş Ağdam sakininin minaya düşdüyü məlum olub
- İtkin düşən 23 yaşlı qız Bakıda tapıldı
- İtkin düşən daha iki hərbçimizin nəşi tapıldı
- İtkin düşən daha bir əsgərin nəşi tapıldı - FOTO
- İtkin düşən hərbi qulluqçuların basdırıldığı yerlər müəyyən edilir
- İtkin düşən gənc qız tapılıb
- İtkin düşmüş erməni əsgərlərinin qohumları Yerevan-Gümrü dəmir yolunu bağladılar