Əfqanıstanda 135 “talibançı” öldürülüb


10:20     28 Aprel 2021 21_04_28_1619585163.jpg

Əfqanıstanın müxtəlif əyalətlərində "Taliban" hərəkatının 130-dan çox silahlısı öldürülüb.

Femida.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın Müdafiə Nazirliyinin xəbərində deyilir.

Əməliyyatlar Laqman, Lohar, Qəzni, Vardak, Herat, Qor, Faryab, Balx, Bağlan, Tahar, Kunduz, Gülmend və Qəndəhar əyalətlərində keçirilib.

Məlumata görə, əməliyyatlar zamanı ümumilikdə 135 “talibançı” öldürülüb, daha 92 silahlı yaralanıb.

Təhlükəsizlik qüvvələri həmçinin yol kənarlarında quraşdırılmış 72 bombanı zərərsizləşdirib.

“Taliban” hələ xəbəri şərh etməyib.

Açar sözlər:

Oxunub: 683