Azad edilmiş ərazilərdə inventarlaşmış torpaqların həcmi açıqlandı


18:50     28 Aprel 2021 agdam14.jpg

İşğaldan azad edilmiş ərazilərdə 454 000 ha torpaq sahəsinin inventarlaşdırılması başa çatıb.

Bu barədə Femida.az-a İqtisadiyyat Nazirliyindən məlumat verilib.

İqtisadiyyat Nazirliyi tərəfindən ümumilikdə 10 rayon üzrə 150 yaşayış məntəqəsində daşınmaz əmlakın ilkin inventarlaşdırma işləri yekunlaşdırılıb.

Hazırda 8 yaşayış məntəqəsində işlər davam etdirilir. 321 yaşayış məntəqəsinin tamamilə dağıdılıb yararsız hala gətirildiyi müəyyən olunub.

Açar sözlər:

Oxunub: 844