Xüsusi Təyinatlı Qüvvələrin yaranmasından 22 il ötür


09:39     30 Aprel 2021 2021/04/zefer-1619760927_1619761195.jpg

Bu gün Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaranmasından 22 il ötür.

Femida.az-ın məlumatına görə, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə yaradılıb. Qüvvələrin formalaşmasında birinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabit və gizirlər iştirak ediblər.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri (Bordo Berelilər) müstəsna rol oynayıb. Bundan başqa, Azərbaycan xüsusi təyinatlıları Pakistan, ABŞ və digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edibər. Ötən dövrdə Azərbaycan xüsusi təyinatlıları dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda yüksək nailiyyətlər qazanıblar.

2016-cı ilin aprel ayında baş verən 4 günlük döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri də iştirak edib. Döyüşlər zamanı şəhidlər verilsə də, düşmənin çox sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

2020-ci sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Torpaqlarımızın düşmən tapdağından azad olunmasında XTQ-nin misilsiz xidmətləri olub. Onların qayalara dırmaşaraq Şuşa şəhərini azad etməsi dünya hərb tarixinə düşüb. Bu gün də həmin əməliyyat dünyanın bir çox ölkələrinin hərbi mərkəzlərində araşdırılır.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silahlar, döyüş vasitələri və texnikalara sahibdir.

Qeyd edək ki, Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant, "Vətən Müharibəsi Qəhrəmanı" Hikmət Mirzəyevdir.

Açar sözlər:

Oxunub: 825