BNA Hövsanda piyadaların təhlükəsizlik səviyyəsini artırır


10:08     30 Aprel 2021 2021/04/Capture_1619763033.jpg

Hövsan qəsəbəsində piyadaların intensiv hərəkət etdiyi yolda təhlükəsizlik səviyyəsi artırılıb. Belə ki, İlqar Əhlimanov ilə Hafiz Quliyev küçələrinin kəsişməsində piyadaların təhlükəsizliyinin və nəqliyyat vasitələrinin növbəliliyin təmin edilməsi məqsədilə işıqfor obyektləri quraşdırılıb.

Bu barədə Femida.az-a Bakı Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, qeyd olunan ərazi sıx məskunlaşma zonası hesab edilir. Həmçinin, ətrafda 3 orta məktəb binası, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının bölməsi yerləşir. İşıqfor obyektlərinin quraşdırılması nəticəsində:

- kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb;
- hərəkətin növbəliliyi təmin olunub;
- nizamlanan eyni səviyyəli piyada keçidləri və panduslar sayəsində ətraf ərazilərdə yerləşən məktəblər o cümlədən yaşayan sakinlərin təhlükəsizliyi və rahatlığı təmin olunub, əlçatanlıq səviyyəsi artırılıb.

Hazırda bir sıra ehtiyac olan digər ərazilərdə də bu kimi, nizamlanan yolayrıcları və eyni səviyyəli piyada keçidlərinin təşkil edilməsi istiqamətində işlər aparılır.

Açar sözlər:

Oxunub: 915