Bağda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanıldı


11:28     30 Aprel 2021 cetene_kolu_0018.jpg

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin Liman PB-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini O.Sadıxov saxlanılıb.


DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Femida.aza verilən məlumata görə, keçirilən şəxsi axtarış zamanı onun üzərindən 5 bükümdə narkotik vasitə heroin və 1 ədəd elektron tərəzi aşkarlanıb.

Davam etdirilən əməliyyat tədbirləri ilə O.Sadıxova narkotik vasitəni satan şəxsin Lənkəran rayonu Liman şəhər sakini N.Həsənli olduğu müəyyən edilib və həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

N.Həsənlinin üzərindən 1 büküm narkotik vasitə heroin, yaşadığı evin arxasındakı bağ ərazisində isə kultivasiya yolu ilə yetişdirilmiş 124 ədəd çətənə bitkisi aşkar edilərək götürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 929