Ağsuda yas mərasimi keçirənlər cərimələndi
18:14 30 Aprel 2021
Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən karantin rejimi ilə əlaqədar nəzarət-profilaktik tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Ağarx kəndi ərazisində yas mərasiminin təşkil edildiyi müəyyən olunub.
Kənd sakini Əşrəf Vəliyevə məxsus evdə təşkil edilən yas mərasimi RPŞ-nin əməkdaşları tərəfindən dayandırılıb.
Sanitar-karantin qaydaları həmin şəxslərin bir daha diqqətinə çatdırılıb və onlarla izahedici söhbətlər aparılıb. Mərasimi təşkil edənlər barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Onlardan biri, rayonun Elabad kənd sakini Süleyman Məmmədov barəsində toplanmış materiallar isə hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.
Oxunub: 981
Oxşar xəbərlər
- Ağsuda 59 yaşlı qadın itkin düşüb
- Ağsuda "məktəbdə bomba var” deyən şəxsə cinayət işi başlanılıb
- Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
- Ağsuda 5 il əvvəlki qətlə görə tutulanların sayı 3-ə çatıb
- Ağsuda fermada çoban qardaşını bıçaqlayıb
- Ağsuda keçmiş məhkumdan “Kalaşnikov” avtomatı və narkotik vasitə aşkarlanıb
- Ağsuda 65 yaşlı kişini avtomobil vurub
- Ağsuda avtomobillər toqquşub, xəsarət alanlar var
- Ağsuda insident olub, sələmçi qardaşlar bıçaqlanıb
- Ağsuda bərbərxanada aşkarlanan koronavirus xəstəsinə cinayət işi açılıb