Əfqanıstanda partlayış törədilib, 30 nəfər ölüb


20:42     30 Aprel 2021 21_04_30_1619800986.jpg

Əfqanıstanın şərqində yerləşən Lohar əyalətində partlayış törədilib, ölən və xəsarət alanlar var.

Femida.az -ın xəbərinə görə, bu barədə 1TV telekanalı yerli hakimiyyətə istinadən xəbər yayıb.

Bildirilib ki, hadisə əyalətin paytaxtı Pol-e Alam şəhərində qeydə alınıb.

Partlayış zamanı ən azı 30 nəfər ölüb, 60-dan çox insan xəsarət alıb.

Hadisəyə görə məsuliyyəti heç kim öz üzərinə götürməyib.

Açar sözlər:

Oxunub: 429