Mehriban Əliyeva xristian icmasını təbrik etdi


11:38     01 May 2021 mehriban-aliyeva-liderxeber-640.jpg


Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın xristian icmasını Pasxa bayramı münasibətilə təbrik edib.

Femida.az -ın məlumatına görə, təbrikdə deyilir: "Azərbaycanın bütün xristian icmasını Pasxa bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Sizin hər birinizə möhkəm cansağlığı, tükənməz sevgi, sevinc dolu günlər və xoşbəxt gələcək arzulayıram! Qoy bu mübarək gün hər kəsin qəlbini saf niyyətlər və xoş məramlarla doldursun, hər bir evə xeyir, rahatlıq və rifah, hər bir ölkəyə sülh və əmin-amanlıq gətirsin!"

Femida.az

Açar sözlər:

Oxunub: 492