107 kq narkotikin ölkədən çıxarılmasının qarşısı alınıb
12:13 01 May 2021
Külli miqdarda narkotik vasitənin ölkədən çıxarılmasının qarşısı alınıb.
Femida.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev sosial şəbəkə hesabında məlumat yayıb.
O bildirib ki, gömrükçülərin keçirdiyi əməliyyat nəticəsində 107 kiloqramdan artıq narkotik vasitə olan heroinin qaçaqmalçılıq yolu ilə ölkənin gömrük sərhədindən keçirilməsinin qarşısı alınıb.
Oxunub: 980