Cəlilabadda yol qəzası olub, yaralılar var


15:58     01 May 2021 qeza_yeni.jpg

Cəlilabad rayonunda yol qəzası baş verib.

Hadisə rayonun Uzuntəpə yolunda qeydə alınıb.

Belə ki, rayon sakini Mehdiyev Məhərrəm Əvəz oğlu idarə etdiyi "VAZ-2101" markalı minik avtomobilini aşırıb.

Qəza nəticəsində sürücü və onun sərnişinləri Doduyev Anar Əlisahib oğlu və Ağayev Murad Zakir oğlu müxtəlif növ bədən xəsarətləri alıblar.

Yaralılar xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1176