Peyvənd olunanların sayı açıqlandı


17:02     01 May 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg

Mayın 1-də Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 16 min 988 doza vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a bildirilib ki, onlardan birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 5391, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 11597 nəfər olub.

Hazırkı dövrədək ölkəmizdə vurulan vaksin dozalarının sayı 1 milyon 505 min 206-ya çatıb. Birinci mərhələ üzrə vaksin vurduranların sayı 971 min 523, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 533 min 683 nəfərdir.

Açar sözlər:

Oxunub: 897