Rusiyada koronavirusdan ölənlərin sayı 110 862 nəfərə çatıb


12:10     02 May 2021 21_05_02_1619943048.jpg

Rusiyada son sutka ərzində daha 8697 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Femida.az -ın Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 823 255 nəfərə çatıb.

Son sutka ərzində 342 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 110 862 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.

Açar sözlər:

Oxunub: 814