Sabah hava yağmurlu, küləkli olacaq
12:47 02 May 2021
Mayın 3-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, havanın temperaturu gecə 11-13 dərəcə isti, gündüz 19-23 dərəcə isti olacaq. Bakıda gecə 11-13 dərəcə isti, gündüz 20-22 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80, gündüz 40-50 faiz olacaq.
Mayın 3-də Azərbaycanın rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Səhər saatlarında duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15 dərəcə isti, gündüz 23-28 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 9-14 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoza əsasən, mayın 3-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.
Oxunub: 732
Oxşar xəbərlər
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabahdan güclü külək əsəcək, şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQ
- Sabah hava küləkli olacaq, yağış yağacaq
- Sabahın hava proqnozu açıqlanıb
- Sabah Abşeronun bir hissəsində qaz olmayacaq
- Sabahdan ali məktəblərə ixtisas seçimi başlayır
- Sabahın hava proqnozu açıqlanıb
- Sabaha gözlənilən hava şəraiti açıqlanıb
- Sabahın hava proqnozu açıqlanıb
- Sabahın hava proqnozu açıqlanıb