Paşinyan siyasi rəqiblərini polislə qorxudur


14:38     02 May 2021 2018/05/pasinyan-1_1525855227.jpg

"Ermənistanın baş naziri vəzifəsini icra edən şəxs (Nikol Paşinyan-red) açıq şəkildə prokurorluq və istintaq orqanlarını siyasi rəqiblərinə qarşı yönəldir".

Femida.az xəbər verir ki, bu barədə "Daşnaksütyun" partiyasının bəyantında deyilir. Bildirilir ki, Ermənistanda hakimiyyət vətəndaşların etirazını kobud polis qüvvələri və saxta cinayət işlərinin köməyi ilə susdurmağa çalışır.

"Göründüyü kimi, hüquq-mühafizə orqanlarının bu cür metodlarını hazırkı hökumət diktə edir. Müvəqqəti baş nazir açıq şəkildə qanunsuz əmrlər verir, prokurorluq və istintaq orqanlarını siyasi rəqiblərinə qarşı yönəldir.

Xüsusilə, Daşnaksütyun partiyasının məsul şəxsləri, partiya üzvləri və ortaqları siyasi təqib hədəfinə çevrilib. Şiddət və siyasi təqib vasitəsi ilə səlahiyyətlilər vətəni qurtarmaq üçün aparılan mübarizə ruhunu qırmağa çalışırlar. Vətən və ləyaqət naminə mübarizə bayrağını qaldıran vətəndaşlara dəstəyimizi bildirir, səlahiyyətliləri və onların diktəsi ilə hərəkət edən təhlükəsizlik strukturlarını qanun çərçivəsində davranmağa çağırırıq. Təzyiqdən qorxmadığımızı xatırladırıq”, - deyə bəyanatda qeyd olunub.

Açar sözlər:

Oxunub: 1004