Hindistan sərt karantin rejiminə keçir


16:50     02 May 2021 2021/05/coron-1619959223_1619959869.jpg

Sabahdan etibarən Hindistanın Haryana əyalətində sərt karantin rejimi tətbiq ediləcək.

Femida.az xəbər verir ki, bu barədə bölgənin daxili işlər və səhiyyə naziri Anil Vij bildirib.

Onun sözlərinə görə, əyalətin bəzi yerlərində COVID-19 ilə mübarizə aparmaq üçün sərt karantin tətbiq olunur. Yerli səhiyyə orqanlarından verilən məlumata əsasən, hazırda bölgədə 102 mindən çox insan COVID-19 xəstəsidir.

Son sutka ərzində rekord sayda ölüm faktı qeydə alınıb. Ştatda ümumilikdə 500 mindən çox insan virusa yoluxub, 4 mindən çox pasiyent dünyasını dəyişib.

Xatırladaq ki, Hindistan dünyada koronavirusa yoluxmaların sayına görə ikinci yerdədir.

Açar sözlər:

Oxunub: 892