Azərbaycanda koronavirusdan daha 23 nəfər vəfat edib


19:37     02 May 2021 21_05_02_1619969851.jpg


Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 058 yeni yoluxma faktı qeydə alınıb, 2 125 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Femida.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

ndiyədək ölkədə ümumilikdə 321 380 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 293 689 nəfər müalicə olunaraq sağalıb, 4 561 nəfər vəfat edib, aktiv xəstə sayı 23 130 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 777, ötən müddət ərzində isə ümumilikdə 3 262 655 test aparılıb.

Femida.az

Açar sözlər: #koronavirus  

Oxunub: 389