Türkiyənin yeni səfiri müraciət yaydı
12:10 03 May 2021
"Türkiyə və Azərbaycan arasında dünyada tayı bərabəri olmayan və ürəklərə həkk olunan qardaşlığa birlikdə şahid oluruq və yaşayırıq. Heç şübhəsiz, bu qardaşlığın təməli ortaq tarix və mədəniyyətə dayanır".
Femida.az-ın xəbərinə görə, bunu Türkiyənin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçı vətəndaşlara müraciətində bildirib.
“Türkiyənin qurucusu Mustafa Kamal Atatürk deyib: “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri də bizim kədərimizdir”. Onun bu sözləri ilə ümumilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” anlayışı qardaşlıq əlaqələrimizin təməlini təşkil edir. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanla cənab Prezident İlham Əliyevin “Gücümüz birliyimizdə, birliyimiz gücümüzdədir” bəyanatları isə bu qardaşlığı qorumağa hesablanan bir and və ikili münasibətlərimizi daha da irəliyə aparmaq iradəsinin göstəricisidir” - səfir qeyd edib.
Oxunub: 433
Oxşar xəbərlər
- Türkiyənin 2 hərbçisi şəhid olub
- Türkiyənin Baş Qərargahının Kəşfiyyat rəisi Azərbaycana səfərə gəlib
- Türkiyənin Müdafiə Nazirliyi Azərbaycana başsağlığı verib
- Türkiyənin 3 hərbçisi Suriya ilə sərhəddə həlak olub
- Türkiyənin müdafiə naziri Elçin Quliyevə və Zakir Həsənova başsağlığı verib
- Türkiyənin Milli Təhlükəsizlik Şurasında Qarabağ müzakirə ediləcək
- Türkiyənin məşhur şairi vəfat edib
- Türkiyənin birinci xanımı Azərbaycan xalqını təbrik edib
- Türkiyənin Milli Müdafiə naziri Bakıya gəlib
- Türkiyənin Mehteran Birliyinin nümayəndələri Azərbaycana gəlib