Ermənistanda Rusiya hərbi bazasının iki məntəqəsi yaradıldı


15:18     03 May 2021 2021/05/rus-h-1620038240_1620040735.jpg

Ermənistanın cənubunda 102-ci Rusiya hərbi bazasının iki dəstək məntəqəsi yaradılıb.

Femida.az xəbər verir ki, bu barədə baş nazir vəzifəsini icra edən Nikol Paşinyan bildirib.

"102-ci Rusiya hərbi bazasının Sünik bölgəsində (Zəngəzur -red.) iki dəstək məntəqəsi yaradılıb. Bu, yalnız Sünikin deyil, Ermənistanın da təhlükəsizliyini təmin etmək üçün əlavə bir zəmanətdir", - Paşinyan vurğulayıb.

Xatırladaq ki, aprel ayında Paşinyan Ermənistan və Rusiyanın 102-ci hərbi bazanın ölkənin cənubunda yeni məntəqəsinin yaradılması barədə imkanların müzakirə olunduğunu bildirmişdir. O, ölkəsinin xarici təhlükəsizliyinin təmin edilməsinin əsasını Ermənistan-Rusiya hərbi ittifaqı təşkil etdiyini deyib.

Açar sözlər:

Oxunub: 811