İndiyədək 500-ə yaxın jurnalist vaksinasiyadan keçib


16:18     03 May 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg

Azərbaycanda indiyədək 500-ə yaxın jurnalist vaksinasiyadan keçib.

Femida.az-ın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

O, vaksinasiyanın yaşı 18-dən yuxarı olan bütün jurnalistlər arasında keçirildiyini, bu işin Mətbuat Şurasında, eyni zamanda əməkdaşlarının sayı çox olan kütləvi informasiya vasitələrində aparıldığını bildirib.

Ə.Amaşov prosesin mərhələli şəkildə yenə də davam etdirildiyini vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 580