Sumqayıtda oteldə arvadını öldürən şəxsin məhkəməsi başlayır


10:25     04 May 2021 21_05_04_1620106064.jpg

Sumqayıtda oteldə meyiti tapılan 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanı öldürməkdə şübhəli bilinən Orxan Qorxmaz oğlu Həsənovun cinayət işi üzrə istintaq prosesi başa çatıb.

Femida.az -IN xəbərinə görə, cinayət işi yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş hakim Mirzə Xankişiyevin icraatına verilib.

Qeyd edək ki, yanvarın 17-də saat 7 radələrində Sumqayıt şəhər ərazisində yerləşən otellərin birində 1997-ci il təvəllüdlü Aişən Məhərrəm qızı Həsənovanın meyitinin aşkar edilməsi barədə Sumqayıt şəhər Prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin əri 1991-ci il təvəllüdlü Həsənov Orxan Qorxmaz oğlunun qısqanclıq zəminində aralarında yaranmış münaqişə zamanı yastıqla Aişən Həsənovanı boğaraq sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Açar sözlər:

Oxunub: 914