Yevlaxda ruhi xəstə özünü maşının önünə atıb


14:01     04 May 2021 piyadada.jpg

Bakı-Qazax avtomobil yolunda piyadanı avtomobil vurub.

Femida.az-ın məlumatına görə, hadisə yolun Yevlax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, ruhi xəstə olduğu bildirilən orta yaşlı kişi (şəxsiyyəti dəqiqləşdirilir) özünü "Ford" markalı avtomobilin önünə atıb. Nəticədə piyada müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 838