Baş Prokurorluq icra başçısının müavini barədə təqdimat verdi
16:14 04 May 2021
Səbail Rayon İcra Hakimiyyətinin (RİH) başçısının birinci müavini Bayramova Xalidə Nuru qızının qanunsuz hərəkətlərə yol verməsi haqqında daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.
Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, araşdırma zamanı müəyyən edilib ki, Səbail RİHB-nin birinci müavini Xalidə Bayramova öz vəzifə səlahiyyətlərindən istifadə edərək Səbail rayonu ərazisində yerləşən 1 saylı Şəhər Poliklinikasının vəzifəli şəxslərinə zəng edib COVID-19 xəstəliyi əleyhinə vaksinasiya prosesi ilə əlaqədar yaxın qohumuna peyvənd vurulmadan peyvəndlənmiş şəxs kimi qeydiyyata alınaraq bu barədə tibbi sənədin verilməsini tələb edib.
Qeyd edilənlərlə bağlı Xalidə Bayramovaya Baş Prokurorluq tərəfindən xəbərdarlıq edilməklə, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Qanununun tələblərinin pozulması səbəbindən barəsində qanuni tədbirlərin görülərək intizam məsuliyyətinə cəlb edilməsindən ötrü “Prokurorluq haqqında” Qanununun 23-cü maddəsinə əsasən Səbail RİH-nə müvafiq təqdimat verilib.
Oxunub: 502
Oxşar xəbərlər
- Baş Prokurorluqdan Azərbaycan Ordusu ilə bağlı XƏBƏRDARLIQ
- Baş Prokurorluqdan Əvəz Zeynallı açıqlaması: "Araşdırılır"
- Baş Prokurorluq Şəmkirdə əməliyyat keçirib, vəzifəli şəxs saxlanılıb
- Baş Prokurorluq: "161-Qaynar xətt” mərkəzi ödənişsizdir"
- Baş Qərargah Rusiyanın itkilərinin sayını açıqlayıb
- Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu göndərib
- Baş prokuror İranın səfiri ilə görüşüb
- Baş Prokurorluq özünü ölmüş kimi qələmə verən şəxslə bağlı məlumat yayıb
- Baş Qərargah: "Son sutkada Rusiya 70 hərbçi itirib"
- Baş nazir daşınmaz əmlakla bağlı qərarda dəyişiklik edib