Müğənni Aslan Hüseynov yol qəzasında ölüb


16:41     04 May 2021 2021/05/nocomment_3fb2db6cccf4a23383383394b28b2b31_0bpw5zgef1jx2tci6vh3-640x336_1620132291.jpg

Bakı-Qazax yolunun 60-cı km-də ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Baş Dövlət Yol Polisi (DYP) İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsindən Femida.az-a verilən məlumata görə, müğənni Aslan Hüseynova məxsus BMW markalı avtomobil qəzaya düşüb.

Nəticədə avtomobilin sürücüsü Məhəmməd Vəliyev və avtomobildəki digər sərnişin Aslan Hüseynov vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 893