Türkiyədən Azərbaycana yeni minatəmizləyən avadanlıqlar gətirilib - VİDEO


14:06     05 May 2021 21_05_05_1620209241.jpg


Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən Azərbaycan Ordusunun maddi-texniki təminatının yaxşılaşdırılması, işğaldan azad olunan ərazilərdə minalardan təmizləmə işlərinin sürətləndirilməsi və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi istiqamətində aparılan işlər davam etdirilir.

Bu barədə Femida.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Həyata keçirilən fəaliyyətlər çərçivəsində Türkiyədən alınan ən müasir mühəndis texnikası və avadanlıqlarının növbəti hissəsi Azərbaycana gətirilib.

Azərbaycan Ordusunun işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan mühəndis-istehkam bölmələrinin sərəncamına veriləcək texnika və avadanlıqlardan yolların, yaşayış məntəqələrinin, əkin üçün yararlı sahələrin və digər yerlərin minalardan, partlamamış döyüş sursatlarından təmizlənməsi işlərində istifadə ediləcək.



Femida.az

Açar sözlər: #minatəmizləyən  

Oxunub: 678