Qaxda və Biləsuvarda sürücülər cərimələndi


14:57     05 May 2021 21_05_05_1620211093.jpg

Daxili İşlər Nazirliyinin (DİN) tədbirlər planına uyğun olaraq, yol polisi əməkdaşları tərəfindən dayanma-durma və parklanma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir.

Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən bu istiqamətdə həyata keçirilən növbəti reyd zamanı səkilərdə və piyada keçidlərində, avtobus dayanacaqlarında, eləcə də müəyyən edilməyən digər yerlərdə avtomobillərini park edən sürücülər aşkarlanıb.

Qaydaları pozan həmin sürücülər barəsində protokol tərtib olunub və inzibati məsuliyyətə cəlb ediliblər.

Biləsuvar rayonunda da 19 sürücü cərimələ edilib.

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən şəhərin küçə və prospektlərində dayanma-durma qaydalarının düzgün təmin edilməsi ilə əlaqədar növbəti reyd keçirilib.

Yol polisi əməkdaşları şəhərin müxtəlif nöqtələrində dayanma-durma və parklanma qaydalarını pozan, eləcə də avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə profilaktik söhbətlər aparıb.

Qaydaları pozan 19 sürücü barəsində inzibati protokol tərtib olunub.

Yol polisi əməkdaşları tərəfindən bu istiqamətdə tədbirlər qarşıdakı günlərdə də davam etdiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 3597