408 qaziyə əlillik dərəcələri təyin olunub


15:25     05 May 2021 21_05_05_1620216371.jpg


"Əyani müayinələr şəraitində Vətən müharibəsində xəsarət alan qazilərdən artıq 408 nəfərə müvafiq əlillik dərəcələri təyin olunub və proses davam edir".

Femida.az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.

Agentlik sədri xatırladıb ki, həmin qazilərə əlillik təyin olunması üçün ilk növbədə onlar Müdafiə Nazirliyinin Tibb idarəsi tərəfindən şəhadətləndirilməlidir: "Şəhadətnamədə travmanın, yaralanmanın müharibə ilə səbəb əlaqəsi müəyyənləşdirilir və bu sənədə əsasən də yekun mərhələ olaraq qurumumuz tərəfindən əlilliyin qiymətləndirilməsi aparılır".

Femida.az

Açar sözlər:

Oxunub: 874