Gürcüstanın Baş naziri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib


15:48     05 May 2021 21_05_05_1620216541.jpg


Azərbaycanda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mayın 5-də Fəxri xiyabanı ziyarət edib.

Femida.az xəbər verir ki, hökumət başçısı xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

İ.Qaribaşvili daha sonra Şəhidlər xiyabanını ziyarət edib. O, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Femida.az

Açar sözlər:

Oxunub: 447