DYP-dən küləkli hava ilə bağlı sürücülərə xəbərdarlıq


19:11     05 May 2021 dyp.jpg

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi küləkli hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

DYP-dən Femida.az-a daxil olan xəbərdarlıqda deyilir:

“Paytaxt ərazisində küləyin sürətinin normadan artıq olması sürücülər və hərəkətin digər iştirakçıları üçün təhlükəli vəziyyət yaradır. Küləkli hava şəraiti ilə əlaqədar sürücülərdən və piyadalardan son dərəcə ehtiyatlı olmasını, təhlükəsizlik qaydalarına daha da ciddi əməl edilməsini, belə ki, avtomobilləri çoxmərtəbəli binaların, ağacların altında saxlamamağı tövsiyə edirik.

Piyadalardan isə açıq hava şəraitində hərəkətlərinin mümkün qədər məhdudlaşdırmağı xahiş edirik”.

Açar sözlər:

Oxunub: 277