Yerevanda Rusiya və Ermənistan XİN başçılarının görüşü keçirilir


10:46     06 May 2021 21_05_06_1620283576.jpg


Yerevanda Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistan XİN başçısının vəzifəsini yerinə yetirən Ara Ayvazyan arasında görüşü başlayıb.

Görüşdən sonra mətbuat konfransı keçiriləcək.

A.Ayvazyanla danışıqlardan sonra S.Lavrov Ermənistanın baş naziri vəzifəsini yerinə yetirən Nikol Paşinyanla görüşəcək.

Qeyd edək ki, Rusiyanın XİN başçısı mayın 10-11-də Bakıya işgüzar səfərə gələcək.

Femida.az

Açar sözlər:

Oxunub: 428