Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı dərhal alınır - Lavrov
13:19 06 May 2021
Qarabağda vəziyyət normallaşıb, xırda insidentlərin qarşısı rusiyalı sülhməramlılar tərəfindən operativ və səmərəli şəkildə alınır.
Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Yerevanda ermənistanlı həmkarı Ara Ayvazyanla görüşü zamanı deyib:
O bildirib ki, Qarabağ tənzimləməsində müsbət tendensiyalar müşahidə olunur: "Rusiyanın sülhməramlı kontingenti təhlükəsizliyin qarantı kimi çıxış edir. Bütün əməliyyatlarda olduğu kimi, bu prosesdə də qeydə alınan xırda insidentlərin qarşısı rusiyalı sülhməramlılar tərəfindən operativ və səmərəli şəkildə alınır".
S.Lavrov, həmçinin baş nazir müavinlərindən üçtərəfli işçi qrupunun işini fəal şəkildə davam etdirdiyini vurğulayıb: "Biz bu işin davam etməsində və Cənubi Qafqazın dayanıqlı iqtisadi inkişafnın təmin olunması üçün Bakı ilə Yerevan arasında dialoqun qurulmasında maraqlıyıq".
Oxunub: 412
Oxşar xəbərlər
- Qarabağda iki su anbarı tikiləcək
- Qarabağda daha 13 kənddə yaşayış məntəqələrinin salınmasına başlanılır
- Qarabağda qanunsuz erməni silahlı birləşmələri atəşkəs rejimini pozub
- Qarabağda döyüşməmək üçün özlərini şikəst edən ermənilər mühakimə olunacaq
- Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Bu güzəştlər ediləcək - VİDEO
- Qarabağda mühəndis təminatı üzrə tədbirlər davam etdirilir
- Qarabağda döyüşlərdə iştirak etmiş erməni silahlı dəstəsinin başçısı həbs olunub
- Qarabağda 73 mülki şəxs minaya düşüb, 24 nəfər ölüb
- Qarabağda bərpa olunacaq tarixi abidələrin sayı açıqlandı
- Qarabağda görüləcək işlərlə bağlı Koreyada təqdimat keçiriləcək