İsmayıllıda mağazadan bal oğurlayan tutuldu
13:32 06 May 2021
İsmayıllıda Bizlan kəndi ərazisindəki mağazadan tütün məmulatları, pul, telefon danışıq kartları, spirtli içkilər və müxtəlif qida məhsulları oğurlanması barədə Rayon Polis Şöbəsinə müraciət olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlinin Balakən rayon sakini Məhəmməd Əmrəliyev və tanışı tərəfindən törədildiyi müəyyən edilib.
Keçirilən tədbirlərlə M.Əmrəliyev şübhəli şəxs qismində saxlanılıb. Araşdırma zamanı onların bal məhsullarının satışı ilə məşğul olan şəxsin həyətyanı sahəsindən şüşə qablardakı 40 kiloqram balı və mürəbbələri də oğurladıqları məlum olub.
Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb,oğurluqda iştirak edən digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 390
Oxşar xəbərlər
- İsmayıllıda dağlıq ərazidə meşə yanır
- İsmayıllıdakı vergi ödəyicilərinə xidmət mərkəzi müvəqqəti fəaliyyət göstərməyəcək
- İsmayıllıda meşədə narkotik plantasiyası salan şəxslər saxlanılıb
- İsmayıllıda evdən 21 000 manat oğurlayan şəxs saxlanılıb
- İsmayıllıda restorandan oğurluq edən gözətçinin cinayət əməli ifşa olunub
- İsmayıllıda marketdə yararlılıq müddəti bitən məhsullar aşkarlanıb
- İsmayıllıda qanunsuz heyvan kəsimi və ət satışının qarşısı alınıb
- İsmayıllıda məktəbdə texniki işçini öldürən gözətçi tutulub
- İsmayıllıda qanunsuz ov edən şəxs saxlanılıb
- İsmayıllıda hərbi xidmətdən qayıdan şəxs dəm qazından boğularaq ölüb