Onlayn Apellyasiya komissiyası fəaliyyətə başlayacaq


13:55     06 May 2021 kompyuter%20sinaq.jpg

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin digər dildə tədris aparılan birinci siniflərinə uşaqların qəbulu ilə bağlı təşkil olunmuş müsahibənin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apellyasiya komissiyası fəaliyyət göstərəcək.

BŞTİ-dən Femida.az-a bildirilib ki, valideynlər mayın 6-dan iyunun 17-dək [email protected] elektron poçt ünvanı vasitəsilə Apellyasiya komissiyasına müraciət edə bilərlər. Apellyasiya komissiyasında müraciətlərə mayın 22-dən iyunun 19-dək baxılacaq.

Qeyd edək ki, ümumi təhsil müəssisələrinin digər dildə tədris aparılan bölmələri üzrə uşaqların I sinfə qəbulu üçün keçirilən onlayn müsahibə prosesi zamanı obyektivlik və şəffaflığın tam təmin olunması üçün videoçəkiliş aparılır.

Onlayn Apellyasiya komissiyasının yaradılmasının əsas məqsədi mövcud sanitar-epidemioloji vəziyyətdə vətəndaşların müraciətlərinə obyektiv və hərtərəfli baxılması, müraciətlərin tənzimlənməsi istiqamətində tədbirlər həyata keçirilməsi, təhsil haqqında qanunvericiliyə və digər normativ aktlara uyğun qərarların qəbul olunmasının təmin edilməsindən ibarətdir.

Açar sözlər:

Oxunub: 833