“Vətən Müharibəsi Qəhrəmanı”nın tabutu bayraqla örtüləcək


14:26     06 May 2021 esger_sehid_01111.jpg

Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı və ya “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş, eləcə də Azərbaycan Respublikasının “Zəfər” ordeni, “Qarabağ” ordeni ilə təltif edilmiş həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılmış şəxslərin tabutu hərbi ehtiram göstərilməsi zamanı Azərbaycan Respublikasının Dövlət bayrağı ilə örtüləcək.

Femida.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qarnizon və qarovul xidmətləri Nizamnaməsinə dəyişiklik edilir.

Femida.az

Açar sözlər:

Oxunub: 593