Qubada qanunu pozan sürücülər cərimələndi


10:26     07 May 2021 2021/05/6154f-1620368656_1620368851.jpg

Quba Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən küçə və prospektlərdə dayanma-durma qaydalarının düzgün təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şirvan regional qrupundan Femida.az-a verilən məlumata görə, nazirlliyin tədbirlər planına uyğun olaraq rayonda yol polisinin keçirdiyi tədbirlər zamanı piyada səkilərini və avtobus dayanacaqlarını zəbt edən, eləcə də müəyyən edilməyən yerlərdə nəqliyyat vasitələrini saxlayan sürücülərlə profilaktik söhbətlər aparılıb, sürücülərə parklanma qaydalarına ciddi riayət etmələri barədə məlumatlar verilib.

Edilən xəbərdarlıqlara baxmayaraq qaydaları yenidən pozan sürücülər barəsində isə qanunvericiliyə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb.

Açar sözlər:

Oxunub: 651