Evdən kabel oğurlayanlar ələ keçdi - FOTO
10:31 07 May 2021
Mingəçevirdə fərdi yaşayış evinin həyətyanı sahəsindən ümumi dəyəri 13 min manat olan 130 top kabelin oğurlanması barədə Polis Şöbəsinə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında keçirilən əməliyyat nəticəsində həmin cinayət hadisəsini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakinləri - əvvəllər də oğurluğa görə məhkum olunmuş Ənvərpaşa Qasımov, Elvin Şirəliyev və Səməd Əliyev şübhəli şəxs qismində saxlanılıb.
İstintaq zamanı müəyyən edilib ki, əvvəllər zərərçəkən şəxsin evində fəhlə işlədiyi üçün kabellərin yerini bilən Ə.Qasımov bir neçə dəfə həmin ünvana oğurluq məqsədilə daxil olub. Sonuncuda isə daha çox qazanc əldə etmək üçün bu işə öz dostlarını da cəlb edib. Onlar oğurladıqları kabelləri əlvan metal qəbulu məntəqələrinə satıblar.
Davam etdirilən tədbirlərlə Ə.Qasımovun daha bir cinayət əməlinin də üstü açılıb. Belə ki, onun şəhər ərazisindəki qəssab dükanından da oğurluq etdiyi məlum olub. Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb, istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Oxunub: 495
Oxşar xəbərlər
- Evdən antik samovar oğurlayan şəxs tutuldu
- Evdən 35 minlik oğurluq edən qadın tutuldu
- Evdən 4 minlik oğurluq edildi
- Evdən gedib qayıtmayan kişi axtarılır - FOTO
- Evdən çıxan daha bir koronavirus xəstəsi saxlanıldı
- Evdən icazəsiz çıxan koronavirus xəstələri saxlanılıb
- Evdən qaçan koronavirus xəstəsinə cinayət işi açılıb - Sumqayıtda
- Evdən çıxmaq istəyənlər belə icazə alacaq
- Evdən 14 min manatlıq oğurluq edildi
- Evdən külli miqdarda oğurluq edildi