Azərbaycanda daha 33033 nəfər vaksinasiya olunub


16:40     07 May 2021 2020/12/vaksin-koronavirus-1024x576_1609062987.jpg


Azərbaycanda bu gün 33 033 nəfər vaksinasiya olunub.

Femida.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 148, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 28 885 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 1 626 916, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 996 400, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 630 516 nəfər təşkil edir.

Femida.az

Açar sözlər: #VAKSİN  

Oxunub: 6788