Ombudsman Xankəndidə Azərbaycan Bayrağına qarşı alçaldıcı hərəkətlə bağlı beynəlxalq təşkilatlara müraciət edib


18:14     07 May 2021 21_05_07_1620396915.jpg

Xankəndidə yerləşən və Birinci Qarabağ müharibəsinə həsr olunmuş muzeydə Azərbaycan Respublikasının Dövlət Bayrağına qarşı alçaldıcı hərəkətlər edilib və sosial media vasitəsi ilə fotosu paylaşılıb.

Bu barədə Femida.az-a Ombudsman Aparatından bildirilib.

"Bu, Ermənistan tərəfinin azərbaycanlılara qarşı nümayiş etdirdiyi növbəti düşmənçilik və nifrət hissinin təbliği faktıdır. Bütün bu kimi faktlar tərəfimizdən toplanaraq nüfuzlu beynəlxalq təşkilatlara və insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən müvafiq qurumlara göndərilib", - məlumatda qeyd olunub.

Açar sözlər:

Oxunub: 1289