Türkiyə Ordusu İraqda terrorçulara məxsus mağaranı məhv edib


20:45     07 May 2021 21_05_07_1620402438.jpg

Türkiyə Silahlı Qüvvələrinin İraqın Şimalında həyata keçirdiyi əməliyyat zamanı içərisində xeyli silah-sursat olan mağara aşkarlanıb.

Femida.az -IN xəbərinə görə, bu barədə Türkiyənin Müdafiə Nazirliyi rəsmi twıtter səhifəsindən məlumat yayıb.


Bildirilib ki, Silahlı Qüvvələrin “Pəncə İldırım” və “Pəncə Şimşək” hərəkatları çərçivəsində terrorçulara qarşı mübarizə fəaliyyəti davam etdirir.

Bu əməliyyatlar zamanı terrorçulara məxsus daha bir mağara aşkarlanaraq, yararsız hala gətirilib.

Hərəkatlar nəticəsində indiyədək 70-dən çox terrorçunun zərərsizləşdirildiyi bildirilir.

Açar sözlər:

Oxunub: 1004