Qadını vuraraq öldürüb qaçan sürücü saxlanılıb


09:32     08 May 2021 piyada_olumu_233.jpg

Abşeron rayonunda ölüm hadisəsini törədən sürücü ərazidən yayınıb.


APA TV xəbər verir ki, hadisə Novxanı-Binəqədi yolunda qeydə alınıb.

1984-cü il təvəllüdlü Xəlilova Səadət Çərkəz qızı “Noil” yanacaq doldurma məntəqəsinin qarşısında yolu keçərkən onu naməlum avtomobil vurub. Daha sonra piyadanın öldüyünü görən sürücü hadisə yerindən yayınıb. Yoldan keçən digər nəqliyyat vasitələri piyadanın üzərindən keçib.

Lakin, piyadanı vuraraq hadisə yerindən uzaqlaşan, “Chevrolet” markalı avtomobilin sürücüsü Sumqayıt şəhəri ərazisində saxlanılıb. Avtomobil cərimə meydançasına, sürücü isə Abşeron Rayon Polis idarəsinə gətirilib.

Ölən şəxsin meyiti aidiyyəti üzrə təhvil verilib.

Açar sözlər:

Oxunub: 427