Şəkidə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb


11:52     08 May 2021 21_05_08_1620456167.jpg

Şəkidə narkotik satışı ilə məşğul olan şəxs saxlanılıb

Şəki Rayon (Şəhər) Polis Şöbəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Femida.az-a verilən məlumata görə, şəhər sakini Şahin Nəsirovdan 5 qramdan artıq qurudulmuş marixuana götürülüb. Davam etdirilən tədbirlərlə onun qəbiristanlıq ərazisində narkotik vasitə gizlətdiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilən zaman oradan sellofan torbada 490 qram qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. İstintaq zamanı Ş.Nəsirovun rayon sakini Teymur Mirzəyevə də 20 manat müqabilində narkotik vasitə satdığı məlum olub.
Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1195