Gürcüstanda koronavirusa yoluxanların sayı 320 mini ötüb


12:14     08 May 2021 21_05_08_1620456792.jpg

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1564 yoluxma halı qeydə alınıb, 18 nəfər ölüb.

Femida.az -ın xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 320 830, xəstəlikdən ölənlərin sayı isə 4 263 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 299 500 nəfərin sağaldığı bildirilir.

Açar sözlər:

Oxunub: 989