Putin Azərbaycan liderini və xalqını təbrik edib


14:46     08 May 2021 vladimir-putin.jpg

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan liderlərini və xalqlarını Böyük Vətən müharibəsində qələbənin 76-cı ildönümü münasibətilə təbrik edib.

Femida.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

Rusiya lideri, həmçinin Gürcüstan və Ukrayna xalqlarını da təbrik edib.

Putin təbrikində qeyd edib ki, bu gün xüsusi bir qürur və minnətdarlıq hissi ilə düşmənə qarşı çiyin-çiyinə döyüşən, eyni zamanda, arxa cəbhədə fədakarlıqla mübarizə aparan atalarımızı və babalarımızı anırq.

"Bu gün mənəvi borcumuz o çətin illərdə yaşanan hadisələri yaddaşımızda qoruyub saxlayıb, gənc nəsillərə çatdırmaqdır. Tarixi təhrif etmək və saxtalaşdırmaq, Böyük Vətən müharibəsinin nəticələrini yenidən nəzərdən keçirmək, faşistlər və onların əlaltıları tərəfindən törədilmiş dəhşətli vəhşiliklərə haqq qazandırmaq cəhdlərinə qarşı birlikdə qətiyyətlə müqavimət göstərməliyik", - deyə Putin bildirib.

Rusiya Prezidenti ağır müharibə illərində möhkəmlənən qardaşlıq və dostluğun konstruktiv, mehriban qonşuluq münasibətləri qurmaq və inkişaf etdirmək üçün sarsılmaz bir əsas olduğuna əminliyini ifadə edib.

O, Böyük Vətən müharibəsi veteranlarına, arxa cəbhədə çalışanlara səmimi təşəkkürünü çatdırıb, onlara can sağlığı, firavanlıq və uzun ömür arzulayıb.

Açar sözlər:

Oxunub: 616